"Fəal oxucular"adlı dəyirmi masa keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq "31 dekabr Həmrəylik günü” ilə əlaqədar kitabxana müdiri Aytən Məmmədovanın təşkilatçılığı ilə "Fəal oxucular"adlı dəyirmi masa keçirildi.
Məqsəd "Həmrəylik günü" ü şagirdlərdə milli birlik Azərbaycana məhəbbət,mənəvi dəyərlərimizə hörmət ,vətənə bağlılıq hisslərini təcəssüm etdirmək və şagirdlərdə mütaliəyə həvəs yaratmaqdan ibarətdir.
İlk öncə məktəbin direkror əvəzi Günel İsmayılova həmrəylik günü və qarşıdan gələn yeni il bayramı münasibətilə təbrik etdi.Kitab və mütaliənin faydaları haqqında şagirdlərə öz tövsiyyələrini verdi.UBR Mədinə İskəndərova həmrəlik günün yaranma tarixi haqqında məlumat verdi.
Şagirdlər həmrəylik günü ilə bağlı öyrəndikləri məlumatları danışdılar. Daha sonra fəal oxucuların kitabxanadan oxuduqları nağıl və əsərlər dinlənildi. 4 “B” sinif şagirdi Ülkər Şirməmmədlinin danışdığı nağıl maraqla dinlənildi.
Kitabxana müdiri Aytən Məmmədova məktəb kitabxanasının fəal oxucularını eyni zamanda məktəb və kitabxananın ictimai işlərində fəal iştirak edən şagirdləri təqdim etdi və şagirdlər fəxri fərmanla təltif olundular.
Dəyirmi masada Təsviri incəsənət müəllimi Rühəngiz Cəfərova da iştirak etdi.