Dərsliklərin yoxlanılması
Kitab nəşri hər bir ölkənin hər bir xalqın mədəniyyətində ümumiyyətlə mənəvi- ictimai həyatında çox mühüm yer tutur.Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış elmlərə yiyələnmiş ,həyatda fəaliyyət göstərməyə hazırlaşmışıq.Ona görədə ,hər birimiz kitablara borcluyuq və kitablara sevgi ilə yanaşmalıyıq.
Məktəbin fəaliyyət planına uyğun olaraq kitabxana müdiri Aytən Məmmədova 9"B" ,9 "C" sinif fəal şagirdləri ilə birgə məktəb üzrə dərsliklərin monitorinqi olundu.
Məqsəd dərsliklərin yaxşı saxlanılmasına nəzarətin gücləndirilməsi üçün şagirdləri maarifləndirməkdir.Kitabxana müdiri Aytən Məmmədova bəzi siniflərdə şagirdlər tərəfindən səliqəsiz saxlanılan dərsliklərin səliqəyə salınmasına ehtiyac olduğunu bu işdə sinif rəhbərlərinin hər zaman ciddi nəzarət etmelərini bildirdi.Kitabların səliqəyə salınmasında valideynlərin köməyindən istifadə olunmasını tövsiyyə etdi.Şagirdlərə dərsliklərin istifadəsi zamanı onların saxlanılması və düzgün istifadə olunması haqqında məlumat verdi. Adları qeyd olunan siniflərdə 1"b",,2"b",2"c",4"a"4"b",3"a",3"b"10"b",8 "a",7"b",9"a" sinif şagirdlərinin intizam və dərslikləri səliqəli cilidli saxlanımasına görə digər siniflərdən fərqləndirildi.