"Uğura gedən yol"
Məktəbin fəaliyyət planına uyğun olaraq "Dəyərlərimizi qoruyaq" adlı layihəmiz davam edir. Layihənin -9-cu həftəsi "Uğur" mövzusuna həsr olunub. Bu məqsədlə 1a,3a və 4a sinif rəhbərləri şagirdlərlə "Uğura gedən yol " adlı tədbir keçirdilər. Tədbirdə şagirdlər idmanda və bilik yarışlarında qazandıqları uğurları necə əldə etdiklərini yoldaşları ilə bölüşdülər. Sonda şagirdlərə bir neçə idman hərəkətləri nümayiş etdirdilər.