I-IV siniflərdə “Təmizlik həftəsi” keçirildi
Məktəbin illik fəaliyyət planına uyğun olaraq Uşaq Təşkilatı Rəhbəri Mədinə İskəndərovanın təşkilatçılığı ilə “Təhsil alanlar şurasının Təmizlik bölməsi” komandasının təşəbbüsü ilə hər ay olduğu kimi Dekabr ayının növbəti həftəsi I-IV siniflərdə “Təmizlik həftəsi” keçirildi. “Təmizlik bölməsi” tədbirlər planına əsasən hər ay məktəbdə təmizlik işlərinin vəziyyətini öyrənib çatışmazlıqları qeyd edirlər. Sinif otaqlarının, şagirdlərin saçının və əllərinin təmizliyinin vəziyyəti yoxlanıldı. Buna görə də şagirdlər təmizliyə ciddi fikir verirlər. Məqsəd şagirdlərin sağlam, gümrah yaşamalarını, fəal, sağlam həyat tərzini formalaşdırmaqdır.Təmizlik həftəsində məktəbin UBR Mədinə İskəndərova, psixoloq Ləman Mehtiyeva uşaqlarla müxtəlif mövzularda söhbət etdilər.
Hər həftə belə reydlər davam edəcək və ay sonunda ən təmiz sinif seçiləcəyi planlaşdırılacaq.