HEYDƏR ƏLİYEV XALQIN XİLASKARI VƏ DÖVLƏTİN QURUCUSUDUR
Məktəbin fəaliyyət planına əsasən Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq 7 “A” sinif rəhbəri Vüsalə Məmmədova sinif təşkilat saatı keçirdi.Məqsəd H.Əliyev irsini şagirdlərə təbliğ etmək və dahi liderə olan məhəbbəti artırmaqdır.Xalqımız Ümummilli liderlə ona görə qürur duyur ki, o bütün elmini bacarığını ,istedadını qüvvəsini dövlətçiliyimizin möhkəmlənməsinə insanların yaxşı yaşamasına həsr etmişdir.
Şagirdlər ümummilli liderin anım günü ilə bağlı rəsm şəkillərini onun haqqında hazırladıqları məlumatları şagirdlərlə paylaşdılar.