Riyaziyyat aylığı davam edir
Məktəbin fəaliyyət planına əsasən Riyaziyyat aylığı davam edir.Bu məqsədlə 6 “A” sinifində Lalə Fərəcova və Ruhəngiz Hüseynova riyaziyyat və təsviri incəsənət fənləri arasında qarşılıqlı inteqrasiya həyata keçirtdi. Şagirdlər bugünə kimi tanıdıqları riyazi fiqurların təsvirini çəkdilər, rənglədilər. Həmin fiqurlar birdaha lövhədə çəkilərək, xatırlandı. Dərsin məqsədi şagirdlərdə həndəsi fiqurları düzgün çəkmək bacarığı formalaşdırmaq idi.