Azərbaycan dili və Biologiya fənni arasında inteqrasiyalı dərs keçirildi

        Məktəbin ibtidai sinif müəllimi Leyla Orucəliyeva 1 «A” sinfində Azərbaycan dilindən Gigiyena qaydaları mövzusunu  Biologiya fənni ilə inteqrasiya etdi.  Sinif müəllimi Söz boğçasında verilmiş mikrob, mikroskop sözlərini izah etdi . Biologiya müəllimi Fərqanə Əkbərova şagirdlərə mikroskopdan istifadə qaydalarını izah etdi və gözlə görünməyən mikroorqanizmlərin mikroskopla izlənilməsini təmin etdi. Məqsəd şagirdlərin sanitar-gigiyenik qaydalara əməl etməsini və təmizlik vasitələrindən təyinatına uyğun istifadəsini təmin etmək idi. Təcrübə vasitəsilə Fərqanə Əkbərova dərimizin mikroblarla çirklənməsini göstərdi. Sonda məktəbin tibb bacısı şagirdlərə məsləhətlərini verdi. Dərslikdən öyrəndiklərini əyani şəkildə görmək  şagirdlərdə çoxlu maraq oyatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi