"Mütaliə etmək xəyal gücümüzü inkişaf etdirir"

         Məktəbin fəaliyyət planına uyğun olaraq 2"B" sinfində "Mütaliənin faydaları" adlı sinif təşkilat saatı keçirildi.Sinif rəhbəri Əmiraslanova Səbinə şagirdlərə kitab oxumağın faydaları haqqında məlumat verdi. Əyani olaraq bir məşğələ ilə şagirdlərə xəyal gücümüzün inkişafının kitabla necə bagli olduğunu göstərdi.Şagirdlərə yaşıl ağac şəkli göstərdikdən sonra hər uşağa şəkildə gördüyünü yox,sadəcə gözlərini yumarkən ağlına gələn ilk ağacın şəklini çəkməyi tapşırdı. Şagirdlər rəsmləri təqdim etdikdən sonra sinif rəhbəri  televizorda göstəriləndən fərqli olaraq kitab oxuyarkən  təsvir olunan mənzərəni hər kəsin öz xəyal gücü ilə canlandırdığını şagirdlərə göstərmiş oldu. Ünsiyyət qurmaq,yaradıcı təfəkkürü inkişaf etdirmək ,səlis və gözəl nitqə sahib olmaq üçün mütləq hər kəs mütaliə etməlidir .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi