"Vətənim Azərbaycandır"adlı oxu konfransı keçirildi
Məktəbin fəaliyyət palanına əsasən məktəb kitabxanasında “Vətənim Azərbaycandır "mövzusunda oxu konfransı keçirildi.
Məqsəd şagirdlərə vətənpərvərlik hisslərini aşılamaq və inkişaf etdirmək,onlarda yazıçı təxəyyülündən süzülərək gələn doğma yurda sevgi oyatmaqdır.
Məktəbin 6 "A" və 6 "B" fəal oxuculuq qabiliyətinə malik bir qrup şagirdin kitabxana müdiri Aytən Məmmədovanın və ədəbiyyat müəllimi Gözəl Əliyevanın iştirakı ilə bədii müzakirə təşkil olundu.
Müzakirədə Mirzə İbrahimbəyovun "Cənub hekayələri",Xəlil Rza Ulutürk və İlyas Əfəndiyevin" Xəncər" əsərləri təhlil edildi.
Kitabxan müdiri Aytən Məmmədovanın və ədəbiyyat müəllimi Gözəl Əliyevanın yönləndirici sualları şagirdlərə vətənimizin,zəngin tarixi,xalqımızın zaman zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr,azadlıq və müstəqillik uğrunda gedən mücadiələr haqqında biliklər,bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları,tarixi şəxsiyyətlər haqqında şagirdlərin obyektiv məlumatlanmasına aşılanan aşılanan biliklərin təsirinə şərait yaratdı.