QARŞILIQLI DƏRSDİNLƏMƏ
Məktəbin fəaliyyət planına uyğun olaraq ibtidai siniflərdə qarşılıqlı dərsdinləmələr keçirilir. Bu məqsədlə metodbirləşmə sədri Leyla Orucəliyeva və Rəna Abdullayeva tərəfindən 3"A" sinif rəhbəri Sevinc Məmmədovanın Azərbaycan dili dərsi dinlənildi . Dərsdinləmənin əsas məqsədi təlim nəticəsinin, şagirdlərin fəaliyyətinin və qiymətləndirmənin uyğunluğunun izlənilməsi idi. Şagirdlər "Nadir meşə heyvanları" mövzusu üzrə topladıqları araşdırmaya əsasən qrup işləri təqdim etdilər.