1 "A " sinif şagirdlərinin kitabxana ilə tanışlığı təşkil olundu

Məktəbin fəaliyyət planına uyğun olaraq kitabxana müdiri Aytən Məmmədova və sinif rəhbəri Leyla Orucəliyevanın təşkilatçılığı ilə 1 "A " sinif şagirdlərinin kitabxana ilə tanışlığı təşkil olundu.

Məqsəd şagirdlərə kiçik yaşlardan kitaba sevgi yaratmaq,təhsilə onların maariflənməsinə, mənəvi dəyərlərə xüsusilə də mütaliəyə maraq yaratmaqdır.

Məktəb kitabxana müdiri Aytən Məmmədova birinciləri kitabxana fondu ,kitabxanadan istifadə qaydaları ilə tanış etdi.Onlara kitab oxumağın faydaları haqqında məlumat verdi.

Sinif rəhbəri Leyla Orucəliyeva şagirdlərə kitabın cildləri ,fəsilləri haqqında məlumat verdi,sirli kitab aləminin möcüzələrindən danışdı.

Sonra sinif müəllimi Leyla Orucəliyeva  və kitabxana müdiri Aytən Məmmədova şagirdlərə Beatrix Potterin"Pişik balası Tomun nağılı"nı  oxudular . Şagirdlərlə birgə nağılın mövzusu ,obrazları haqqında disput keçirildi.

Sonda şagirdlər hazırladıqları kitablarını kitabxanaya hədiyyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi