Dekabr Ümumdünya QİÇS Günüdür
Məktəbin illik fəaliyyətinə uyğun olaraq 10-cu sinif şagirdləri üçün maarifləndirici tədbir keçirildi. Məlumdur ki, 10- cu sinif şagirdləri sabahın gəncləridir,müstəqil həyata qədəm qoyacaqlar. Məktəbimizin biologiya müəllimi Fərqanə Əkbərova şagirdlərə QİÇS –dən qorunma yolları haqqında ətraflı məlumat verdi.
QİÇS xəstəliyinin insanlara yoluxma yolları,bu xəstəliyin orqanizmə vurduğu ziyanı,xəstəliyə yoluxmamaq üçün görülən proflaktik tədbirlər,Azərbaycan Respublikasında QİÇS-li xəstələrin hüquqları.və.s mövzusunda şagirdlər maarifləndirildi. Şagirdlərə QİÇS-xəstəliyi ilə bağlı suallar verildi.
Dialoq şəklində şagirdlər maarifləndirildi.Sonda şagirdlərin sualları dinlənilərək cavablandırıldı.
Tədbirdə məktəbimizin psixoloqu Ləman Mehtiyeva,UBR Mədinə İskəndərova,biologiya müəllimii Fərqanə Əkbərova iştirak etdi.