"Təbiəti qoruyanlar" adlı layihə həyata keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq «Təbiəti qoruyanlar» adlı layihə həyata keçirildi. Layihənin məqsədi şagirdlərə təbiəti sevdirmək ,onu qorumağı, inkişaf etdirməyi aşılamaqdır. Sinif rəhbəri Mərziyyə Əliyeva çıxış edərək bildirdi ki, təbiət bəşər övladının evidir,onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqəddəs borcu,vəzifəsidir.Biz onu qorumalı ,inkişaf etdirməliyik. 3 “B” sinif şagirdləri təbiəti qoruyaq adlı plakatlar hazırladılar,şüarlar yazdılar.