Monitorinq keçirildi
30.11.2023-cü il tarixində məktəbin fəaliyyət planına əsasən 2-ci və 3-cü siniflərdə Azərbaycan dili və riyaziyyat fənnindən monitorinq keçirildi. Monitorinqdə şagirdlərə tədris dilindən dinləmə mətnləri üzrə, riyaziyyatdan hesablama üzrə suallar təqdim edildi.
Məqsəd şagirdlərin dinlədikləri mətnə uyğun verilmiş tapşırıqları yerinə yetirmə bacarığını və riyazi hesablama bacarıqlarını yoxlamaqdır.