“Təbiəti qoruyanlar” layihəsinə start verildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Yaşıl layihə “Təbiəti qoruyanlar” layihəsinə start verilib.
Bu məqsədlə məktəbin coğrafiya müəllimi Vüsalə Məmmədova 6 «C” sinfində "Təbiəti qorumaq hər birimizin borcudur" mövzusunda təqdimat dərs keçirdi. Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması,və təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsindən ibarətdir .
Təqdimatda məktəbin Uşaq Təşkilatı Rəhbəri Mədinə İskəndərova iştirak etdi və sonda şagirdlərin təqdimatlarından ibarət sərgiyə baxaraq öz tövsiyələrini verdi.
Layihə şagirdlər tərəfindən böyük maraqla qarşılandı