VALİDEYN İCLASI KEÇİRİLDİ
Məktəbin illik fəaliyyət planına uyğun olaraq 5”C” sinif valideynləri ilə iclas keçirildi.Məqsəd şagirdlərin davranışı, sinifin ümumi vəziyyəti, şagirdlərin göstəriciləri barədə valideynləri məlumatlandırmaq,onlarla əməkdaşlıq etməkdir. UBR Mədinə İskəndərova çıxış edərək qeyd etdi ki, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətinin artırılmasında valideynin rolunu danılmazdır, bunu nəzərə alaraq, məktəb-valideyn əməkdaşlığını gücləndirmək ən vacib şərtlərdən biridir.
İclasda sinif rəhbəri Pəri Əhmədova və fənn müəllimləri də iştirak edərək öz fikirlərini bildirdilər. Valideynlərlə müzakirə aparıldı,fikirləri və təklifləri qeydə alındı.