Vətənpərvərlik

Məktəbin fəaliyyət planına uyğun olaraq "Dəyərlərimizi qoruyaq" adlı layihənin 6-cı həftəsi "Vətənpərvərlik nədir? Vətənpərvər insan necə olmalıdır?" adlı layihə həyata keçirildi.

Məqsəd şagirdlərə  vətənpərvərlik hissini aşılamaq, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasıdır.

Sinif rəhbəri Şəbnəm Balayeva şagirdlərə bildirdi ki, Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır.

Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan , məndən, səndən, bizdən, elə özümüzdən başlanır.Vətənpərvərlik özü üçün deyil, vətən üçün yaşamaqdır, bu gün üçün deyil , gələcək üçün yaratmaqdır.

Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq , torpağına , millətinə bağlı olan , bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.İşğalda olan torpaqlarımız da vətənpərvər oğullarımızın qəhrəmanlığı nəticəsində işğaldan azad olundu.

Şagirdlər layihə çərçivəsində vətənpərvərlik haqqında fikirlər söyləyib, şeirlər səsləndirdilər.Vətənə olan sevgilərini şəkillərdə əks etdirdilər.

Sonda müəllim qeyd etdi ki, Vətənpərvərlik bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılıqdan başlayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi