"Təbiəti qorumaq hər birimizin borcudur"
Məktəbin fəaliyyət planına uyğun olaraq 3 "A" sinfində Həyat bilgisi fənnindən "Ətraf mühitin qorunması" adlı layihə keçirilib. Layihə çərçivəsində şagirdlər quruda yaşayan heyvanlar haqqında araşdırma aparıblar. Onların həyat tərzi,təbiətə verdikləri xeyir,ətraf mühitdə onların rolu haqqında təqdimat hazırlayıblar.Quruda yaşayan heyvanları növlərinə, həyat tərzlərinə görə qruplaşdırıblar. Layihə əsasında şagirdlərdə təbiətin bir parçası olan faunanın araşdırılması bacarığı formalaşdırılıb.