Şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması
Məktəbin fəaliyyət planına əsasən kitabxana müdiri Aytən Məmmədova və 4 «B” sinif rəhbəri Şəbnəm Balayevanın təşkilatçılığı ilə şagirdlərlə “Şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması” mövzusunda disput keçirildi.
Məqsəd mütaliə mədəniyyətinin formalaşdırılmasında seçilmiş kitabların oxunmasına həvəs yaratmaq, oxuduqları nağıllardan məna çıxartmaq, oxuduğunu dərk edib, fikirləri görməyi bacarmaqdır.
Sinif rəhbəri Balayeva Şəbnəm və kitabxana müdiri Aytən Məmmədova Avropa xalq nağıllarından Külkəmanın nağılını oxudular və nağılın mövzusu,obrazları şagirdlərlə birgə müzakirə olundu.
Daha sonra sagirdlər oxuduqları nağıllardan “Xəyalımdakı qəhrəman” başlığı altında rəsm çəkdilər.