“Məişət zorakılığı” mövzusunda seminar keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin psixoloqu Ləman Mehtiyeva,UBR İskəndərova Mədinə və fənn müəllimi Fərqanə Əkbərova 7”B” sinif şagirdləri ilə “Məişət zorakılığı” mövzusunda seminar keçirildi. Tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində şagirdləri maarifləndirmək idi.Şagirdlərə məişət zorakılığının növləri(fiziki, cinsi, emosional)izah olundu. Sonda şagirdlərlə bu mövzuda müzakirələr aparıldı.