17 Noyabr Dirçəliş gününə həsr olunmuş dəyirmi masa keçirildi
Məktəbin illik fəaliyyət planına uyğun olaraq tarix müəllimi Aşiq Mehtiyev 5 “B” sinf şagirdləri ilə 17 Noyabr Dirçəliş gününə həsr olunmuş dəyirmi masa keçirildi. Məqsəd şagirdlərə Dirçəliş günü ilə bağlı məlumatlandırmaq, onları maarifləndirməkdir. Şagirdlər Dirçəliş günü ilə bağlı fikirlər söylədilər.Tədbirdə şagirdlər görkəmli ziyalılarımızdan olan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulu Türk və Xudu Məmmədov kimi insanların söylədikləri fikirlərdən danışdılar və məlumatlar verdilər. Bu gün Azərbaycanımız müstəqil bir dövlətdir. Ərazi bütövlüyümüz tam bərpa olunub. Biz müstəqil bir dövlətin vətəndaşlarıyıq.