Çalışqanlıq nədir?
Məktəbin fəaliyyət planına uyğun olaraq “ Dəyərlərimizi qoruyaq “ adlı layihənin 4-cü həftəsi “ Çalışqanlıq “ həftəsində 3 "B" sinfində “Çalışqanlıq nədir? “ adlı layihə həyata keçirildi. Məqsəd şagirdlərə çalışqanlığın insan həyatında önəmli olduğunu aşılamaqdır. Sinif rəhbəri Mərziyyə Əliyeva “Çalışqanlıq təkcə çox çalışmaq deyil, həm də gördüyün işə bağlılıqdır. Çalışqanlıq əzmkarlıq , bacarıq və istedadlarınızı inkişaf etdirməyin bir yoludur. Çalışqan olmaqla siz nəinki məqsədlərinizə çatır və arzularınızı həyata keçirirsiniz, həm də bu və ya digər sahədə səriştə səviyyənizi yüksəldirsiniz deyə söylədi.
Şagirdlər layihə çərçivəsində çalışqanlıq haqqında atalar sözləri, müdrik insanların fikirlərini söylədilər. Şagirdlər çalışqanlıq sayəsində dərslərindən əlavə məşğul olduqları rəssamlıqla, idman sayəsində də uğur qazanırlar. Şagirdlər uğurlarını şəkillərlə əks etdirdilər.