Layihə çərçivəsində "Çalışqan əl nəyə dəysə qızıl olar"adlı tədbir keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq "Dəyərlərimizi qoruyaq" adlı layihə davam edir. Layihənin 4-cü həftəsi "Çalışqanlıq" mövzusuna həsr olundu. 2 "A" sinif rəhbəri Nərmin Hümbətova şagirdlərə çalışqanlıq, disiplin, iradə və əzmin sayəsində həyatda istədikləri hər şeyə nail olacaqlarını çatdırdı. Müəllim, çalışqan şagird necə olmalıdır və yaxud bunu necə bacarmalıyıq? kimi bir çox suallara aydınlıq gətirdi. Elektron lövhədə çalışqanlıqla bağlı bir çox hekayələr göstərildi. Sonda isə şagirdlər "Qiymətlərim beş" mahnısını oxudular.