Erkən nikaha yox deyək

          Məktəbin fəaliyyət planına uyğun olaraq 10-11-ci sinif  şagirdləri ilə məktəbin akt zalında tədbir keçirildi.

Tədbirin əsas məqsədi erkən nikahın fəsadları haqqında şagirdləri tanış etmək idi. Tədbiri təşkil edən UBR Mədinə İskəndərova çıxış edərək erkən nikahın Azərbaycanda geniş yayıldığı bölgələr haqqında məlumat verdi.O həmçinin erkən nikahla qurulan ailələrin tez dağıldığını boşanmalara səbəb olduğunu vurğuladı.

Məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Zalova Kəminə çıxış edərək qeyd etdi ki, erkən nikah öz özlüyündə bir neçə problemi əks etdirir.Bunların sırasında inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti,təhsili,insan hüquqlarının inkişafı durur.

Məktəbin psixoloqu Mehtiyeva Ləman şagirdlərə təqdimat göstərdi. O, çıxışında erkən nikahın və qohum evliliklərinin fəsadlarından,yaş həddindən danışdı.Sonda şagirdlər öz fikirkərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi