Uşaq Hüquqları mövzusunda maarifləndirici tədbir keçirildi

Məktəbin illik fəaliyyət planınına  uyğun olaraq “Uşaq hüquqları aylığı” (20 oktyabr – 20 noyabr) çərçivəsində tədbirlərimiz davam edir.
   Tədbirlər planına uyğun olaraq sinif rəhbəri Mərziyyə Əliyeva və UBR Mədinə İskəndərovanın rəhbərliyi ilə 3 “B” sinif şagirdlərinin iştirakı ilə “Uşaq hüquq və vəzifələri” mövzusunda tədbir keçirildi.

    Məqsəd şagirdlərə vəzifə və hüquqlarını  anlatmaq, dövlətin uşaqlara olan qayğı və dəyərləri, uşaqların evdə, məktəbdə və cəmiyyətdə davranış qaydaları haqqında geniş bilgilər verməkdir.
         Tədbirdə  UBR Mədinə İskəndərova çıxış edərək qeyd  etdi ki,   bütün hüquqlar istisnasız olaraq uşaqların hamısına şamil edilir. Dövlət uşağı hər hansı formada ayrı – seçkilikdən qorumağa və onun hüquqlarını qorumaq üçün lazımi tədbirlər görməyə borcludur. Uşaqların tərbiyəsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Dövlət isə onlara bu işdə himayə göstərir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi