"Dəyərlərimizi qoruyaq" adlı layihəmiz davam edir
Məktəbin fəaliyyət planına uyğun olaraq "Dəyərlərimizi qoruyaq" adlı layihəmiz davam edir. Layihənin 3- cü həftəsi " Sevgi " mövzusuna həsr olunmuşdur. 2 «C” sinif şagirdlərli" Sevgimizi necə ifadə edək ? " sualına cavab olaraq öz fikirlərini təsvir və sözlərlə ifadə etmişlər.
Vətən sevgisi , ana sevgisi , ailə sevgisi , təbiətə sevgi və s . insani hisslərdir. Biz sevdiklərimizi qorumaqla, onlara dəyər verməklə öz hisslərimizi bildiririk.
Doğma yurdumuz Azərbaycan bizim ana vətənimizdir. Vətən torpağı müqəddəsdir.Vətəni qorumaq üçün onu sevmək lazımdır. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalıdır, Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, “ xəmirimiz” vətənə məhəbbət hissi ilə “yoğrulmalıdır”. Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngiz və maraqlıdır. Biz zəngin və füsunkar bitkilər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik. Dünya bizim evimizdir - evimizi təmiz saxlayaq
Biz bilməliyik ki, təbiəti qorumaq öz sağlamlığımızı qorumağımız deməkdir.
Gəlin birlikdə dünyamızı və sevdiklərimizi qoruyaq.