Narkomaniya ilə bağlı şagirdlərlə söhbət aparıldı
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra narkomaniyaya qarşı mübarizə tədbirləri görülür. Dövlətin bu bəlaya qarşı - narkomaniya təhlükəsinə qarşı mübarizəni gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 4 qərar və fərmanı vardır. Narkomanlıqla mübarizədə cəmiyyətin, dövlətin, xalqın birgə və hər bir şəxsin fərdi fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Elə bu məqsədlə Narkomaniya ilə bağlı məktəbimizdə məktəbin tibb bacısı Sevda Məmmədova şagirdlərlə söhbət aparmışdır.