Bayraq qürurumdur
Məktəbin fəaliyyət planınına uyğun olaraq 9 noyabr bayraq günü ilə bağlı tarix müəllimi Zərxanım Zülfüqarovanın təşkilatçılığı ilə 5 "C” və 5 "A” sinif şagirdləri ilə "Bayraq qürurumdur"adlı tədbir keçirildi. Məqsəd şagirdlərə vətənpərvərlik hisslərini aşılamaq, onların əsl vətəndaş kimi böyüməsini təmin etmək idi.Tədbirdə əvvəlcə dövlət himni səsləndi.Sonra məktəbin tarix müəllimi Zərxanım Zülfüqarova çıxış edərək bayrağımızın yaranma tarixi haqqında ətraflı məlumat verib,bayrağın nə qədər qiymətli olmasını şagirdlərin nəzərinə çatdırdı.Bundan sonra söz şagirdlərə verildi.Fatimə bayrağın simvolları,Əli bayrağın müqəddəsliyi, Xətai bayrağın qürur mənbəyi olması haqqında ətraflı məlumat verdilər.Şagirdlərdən Rüqəyyə, Məhəmməd,Ayan,Mədinə,Əsmanur bayrağa aid yazılan şeirlər söylədilər.Tədbir vətənpərvərlik ruhunda başa çatdı.
Tədbirdə İnformatika müəllimi Sima Cəlilova və Pəri Əhmədova iştirak etdilər.