“Dalğalan, üçrəngli bayrağım” mövzusunda inşa-yazı müsabiqəsi keçirildi

          Məktəbin fəaliyyət planına uyğun olaraq UBR Mədinə İskəndərova və Azərbaycan dili və ədəbiyyat müəllimi Gözəl Məmmədyarovanın təşkilatçılığı ilə  9 Noyabr Bayraq Gününə həsr olunan inşa-yazı müsabiqəsi  keçirildi

Əsasən, VIII sinifləri əhatə edən müsabiqədə şagirdlər “Dalğalan, üçrəngli bayrağım” mövzusu vasitəsilə fikirlərini yazılı şəkildə təqdim etdilər.

Müsabiqənin keçirilməsində məqsəd həm şagirdlərimizə milli–vətənpərvərlik, duyğularının aşılanması həm də yazılı nitq bacarıqlarının inkişaf etdirilməsidir.
           Azərbaycan dili və ədəbiyyat fənlərindən “Yazı” məzmun xəttinin müxtəlif standartlar üzrə reallaşdırılması şagirdlərin yazılarında özünü büruzə verdi.

Müsabiqədə 8“a” sinif şagirdləri  Həsən Əli və Hüseyn Əli  inşa yazıları məzmun dolğunluğu və qrammatik mükəmməlliyi ilə seçildi və fərqlənən şagirdlər məktəbin fəxri-fərmanı ilə təltif olundular.Sonda Gözəl Məmmədyarova şagirdlərə bədii kitab hədiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi