"Uşaq hüquqları aylığı" ilə əlaqədar inşa-yazı müsabiqəsi  keçirildi

       Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr-20 noyabr 2023-ci il tarixlərdə "Uşaq hüquqları aylığı" elan edilib. Bu barədə  UBR rəhbəri Mədinə İskəndərova məktəbdə təhsil alan şagirdlərin öz hüquq və vəzifələri haqqında nə dərəcədə məlumatlı olması, onların məktəbdə, ailədə və cəmiyyətdə hansı hüquqlara malik olmaları barədə məlumat verdi.

Aylıq ilə əlaqədar Məktəbin fəaliyyət planına uyğun olaraq UBR Mədinə İskəndərova və Azərbaycan dili və ədəbiyyat müəllimi Gözəl Məmmədyarovanın təşkilatçılığı ilə  20 Oktyabr -20 Noyabr “Uşaq Hüquqları aylığı” çərçivəsində VIII sinifləri əhatə edən inşa-yazı müsabiqəsi  keçirildi.  

Müsabiqənin keçirilməsində məqsəd həm uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaq həm də yazılı nitq bacarıqlarının inkişaf etdirilməsidir.

Əsasən, müsabiqədə  8“a” sinif şagirdləri  Həsən Əli və Hüseyn Əli  inşa yazıları məzmun dolğunluğu və qrammatik mükəmməlliyi ilə seçildi və fərqlənən şagirdlər məktəbin fəxri-fərmanı ilə təltif olundular.

Sonda Gözəl Məmmədyarova şagirdlərə bədii kitab hədiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi