Məzunumuz qızıl nişanla təltif olundu

Müasir dövrdə dövlət ümumtəhsil müəssisələrinin qarşısında duran prioritet məsələlərdən biri də istedadlı şagirdlərin üzə çıxarmaq, müxtəlif fəaliyyət növlərində nailiyyətlər üçün ilkin potensial imkanlara təkan verməkdir.

232 kollektivi olaraq bu sahədə bir çox müvəffəqiyyətlər əldə olunsa da, 2022-2023 cü tədrs ili məktəbin uğur tarixinə  bir ilklə yazıldı. Belə ki, məktəbimizin  məzunu Allahverdiyeva Aysu Ələkbər qızı məktəbi xüsusi nömərəli attestatla və qızıl medalla bitirməyə müvəffəq oldu. Eyni zamanda qeyd etmək lazımdır ki, Allahverdiyeva Aysu üçün 2022-2023-cü tədris ili həmdə RF0-nun bürünc medalçısı olmaq şansını qazandırdı.

Aysunun uğurlarına ürəkdən sevinən məktəb kollektivi həm RFO-nun bürünc medalının təqdimatını, həm də fərqlənmə attestatının təhvil verilməsini təntənəli şəkildə qeyd etdi şagirdlərdə ruh yüksəkliyi və stimul  yaratmaq məqsədi ilə Aysunun qızıl medalı da 30 oktyabr 2023-cü il tarixində  məktəbin akt zalında təşkil  olunan xüsusi tədbirdə təqdim olundu.

Məktəbin direktoru  Günel İsmayılova medalı təqdim edərək məzuna xoş arzularını ifadə etdi. Məktəbin sabiq direktoru Nisə xanım Fərəcova da canlı telefon bağlantısı vasitəsilə yığıncağa qoşuldu və Aysunun yüksək nəticələr əldə etməsində göstərdiyi mənəvi dəstəkdən qürur duyduğunu ifadə etdi. Aysunun Azərbaycan dili və ədəbiyyat müəllimi təhsilverənlərin sertifikatlaşdırılması məqəsdilə keçirilən imtahanın həm test, müsahibə mərhələsindən maksimal bal toplayan ixtisas üzrə respublika birincisi Zalova Kəminə müəllim də şagirdini ürəkdən təbrik etdi. O, qeyd etdi ki, hər bir müəllim əsas uğuru yüksək nəticələr əldə edə bilən şagird yetirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi