“Mən və mənim əhatəm” mövzusunda məşğələ keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin psixoloqu Ləman Mehtiyeva və Ubr Mədinə İskəndərova 8 ci sinif oğlanları ilə “Mən və mənim əhatəm” mövzusunda məşğələ keçirdilər.Məşğələni keçirtməkdə məqsəd şagirdlərin sinif yoldaşlarının onlar haqqında necə təsəvvürə malik olduqlarını öyrənmələri,dostluğun onlar üçün əhəmiyyəti, dosta və dostluğa verilən tələblər, yeniyetmə oğlan və qız arasında dostluq münasibətlərinin mahiyyətini aydınlaşdırmaq idi.Məşğələ zamanı hər bir şagird kağızda ad və soyadını yazdı.Kağızlar qarışdırıldı və hər kəs birini götürərək kağızda adı yazılmış şagird haqda aşağıdakı verilən suallar əsasında qısa xasiyyətnamə yazdılar.