"Dəyərlərimizi qoruyaq" adlı layihəmiz davam edir

Məktəbin fəaliyyət planına uyğun olaraq "Dəyərlərimizi qoruyaq" adlı layihəmiz davam edir. Layihənin 2-ci həftəsi "Ana dili" mövzusuna həsr olunub. Bu məqsədlə 3 “A” sinif rəhbəri Sevinc Məmmədova şagirdlərlə "Ana dilim , doğma dilim" adlı tədbir keçirdi.Sinif rəhbəri  əvvəlcədən mövzu ilə bağlı şagirdlərə dünya xalqlarının ana dilində salamlaşmaq qaydasını araşdırmağı, varvarizmlər haqqında məlumat toplamağı tapşırmışdı.Şagirdlər araşdırdıqları  hər xalqın öz ana dilində   salamlaşmağını səhnəciklərlərlə təqdim etdilər.Sonda şagirdlər  varvarizmlərdən istifadə etməməkdən, öz ana dilimizdə danışmağın gözəlliyindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi