"Azərbaycan deyiləndə ayağa dur ki,ana yurdun ürəyinə toxuna bilər," -Məmməd Araz
Məktəbin fəaliyyət planına əsasən ədəbiyyat müəllimi Rahilə Hüseyn və kitabxana müdiri Aytən Məmmədovanın təşkilatçılığı ilə 7 ”C” və 6 “C” sinif şagirlərinin fəal oxucuları ilə Məmməd Arazın 90 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirildi.
Məqsəd mənalı,keşməkeşli və bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair -vətəndaş ömrü yaşayan Məmməd Arazın azadlıq ideyalı əsərlərini şagirdlərə aşılamaqdır.
Dəyirmi masada Məmməd Arazın həyat və yaradıcılığı haqqında şagirdlərlə birgə söhbətlər aparıldı.Eyni zamanda şagirdlər şairin yaradıcılığından əsərləri həvəslə səsləndirdilər.