"Dəyərlərimizi qoruyaq" adlı layihə çərçivəsində "Nizam- intizam qaydalarını öyrənirik" adlı tədbir keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq "Dəyərlərimizi qoruyaq" adlı layihəmiz davam edir. Layihənin 1-ci həftəsi "Nizam- intizam" mövzusuna həsr olunub. Bu məqsədlə 1 "A” sinif rəhbəri Leyla Orucəliyeva şagirdlərlə "Nizam- intizam qaydalarını öyrənirik" adlı tədbir keçirdi. Sinif rəhbəri əvvəlcədən mövzu ilə bağlı qaydalar hazırlamağı tapşırmışdı.Şagirdlər araşdırdıqları qaydaları əyani olaraq, səhnəciklərlərlə təqdim etdilər.Sonda şagirdlər posterlərdən ibarət stend hazırladılar.