Dəyərlərimizi qoruyaq adlı layihəyə start verildi

Məktəbimizdə müxtəlif layihələrin keçirilməsi artıq ənənə şəklini almışdır. Şagirdlərin vətənpərvərlik ruhunda böyüməsini, milli-mənəvi dəyərlərə sədaqətlə və rəğbətlə yanaşmasını təmin etmək üçün bu layihələrin əhəmiyyəti əvəzsizdir. Hələ lap erkən yaşlarından şagirdlərin məktəbə təkcə bilik, bacarıq ötürən məkan kimi deyil, dünyagörüşünün, xarakterin, şəxsiyyət tipinin formalaşmasına təkan verən elm ocağı kimi yanaşmasını belə layihələr, müsabiqələr vasitəsilə təmin etmək mümkündür.

2023/2024-cü tədris ilinin əvvəlində pedaqoji kollektivin ümumi rəyi əsasında qəbul edilmiş fəaliyyət planında əks olunmuş maddələrdən  biri olan “Dəyərlərimizi qoruyaq” adlı layihəyə start verildi. Layihənin məktəbin I-IV sinifləri arasında və  32 həftə müddətində həyata keçirilməsi nəzərdə tutulur. Hər həftəyə xüsusi olaraq seçilmiş devizlər şagirdlərin mövzulara marağını artıracaq, onlarda tədqiqatçılıq bacarığının, öyrədərək öyrənmə qabiliyyətinin inkişafına şərait yaradacaq. “Nizam-intizam”, “Ana dilimiz”, “Sevgi”, “Dürüstlük” , “Cəsarət”, “Məsuliyyət”, “Məqsəd”, “Qarşılıqlı hörmət”, “Sülh”, “Birlik”, “Qayğı”, “Yardımsevərlik”, “Təbiətimiz”, “Paylaşmaq” və s. kimi mövzular öncədən şagirdlərə təqdim olunacaq. Təyin olunmuş vaxtda şagirdlərin yaradıcı yanaşması əsasında ümumi təqdimat təşkil ediləcək. Təqdimatların bədii kompozisiya, şeir və rəsm müsabiqələri, rollu oyunlar, breyn-rinqlər, musiqili görüşlər şəklində keçirilməsi planlaşdırılmışdır. Bununla yanaşı məktəbin yerləşdiyi ərazidə yaşayan elm və mədəniyyət xadimlərinin, əmək adamlarının, şəhid ailələrinin, müharibə qazilərinin bu tədbirdə iştirakı da nəzərdə tutulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi