BŞTİ tərəfindən təşkil edilmiş monitorinq keçirildi
23 oktyabr 2023-cü il tarixdə məktəbdə BŞTİ tərəfindən təşkil edilmiş monitorinq keçirildi. Monitorinq materialları 4-cü siniflər üzrə iki variantda, 6-cı, 7-ci, və 8-ci siniflərdə isə vahid formada iki variantda hazırlanmışdır. Tapşırıqlar 45 dəqiqə ərzində yerinə yetirildi. BŞTİ tərəfindən Azərbaycan dili fənni üzrə yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.Nəticələr qısa zaman ərzində təhlil olunub müvafiq işlər aparılacaq.