Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!

          Məktəbin illik fəaliyyət planına uyğun olaraq  UBR rəhbəri Mədinə İskəndərova və  5 “A” sinif rəhbəri Aynur Məmmədovanın təşkilatçılığı ilə  "Yol hərəkəti qaydalarını öyrənirik və əməl edirik" mövzusunda tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd uşaqlara yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsini təbliğ etmək və onlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdır. Tədbirdə yol nişanları, piyada keçidləri, təhlükəsizlik kəmərinin əhəmiyyəti ilə bağlı maarifləndirici çıxışlar oldu.  Məktəbimizin UBR rəhbəri Mədinə İskəndərova qeyd etdi ki, azyaşlı uşaqların həyatının və sağlamlığının yol qəza hadisələrindən qorumaq, eyni zamanda küçə və yollarda təhlükəsiz davranış vərdişlərini şagirdlərimizə aşılamaq borcumuzdur. Bu istiqamətdə təbliğat işləri aparmaqla uşaqlara yol hərəkəti qaydalarını öyrədirik. Sonda məktəbimizin direktor əvəzi  Günel İsmayılova şagirdlərə maraqlı çıxışlarına görə öz təşəkkürünü bildirdi və onlara yol hərəkəti qaydaları barədə suallar verdi.Şagirdlər sualları cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi