17 oktyabr Füzuli rayonunun işğaldan azad olduğu gündür
Məktəbin fəaliyyət planınına uyğun olaraq 5 “A” sinif şagirdləri ilə Füzuli rayonunun işğaldan azad edilməsi münasibətilə tədbir keçirildi. Məqsəd azad edilmiş torpaqlar haqqında şagirdlərin bilik və bacarıqlarının daha da möhkəmləndirilməsi idi.
Əvvəlcə tarix müəllimi Zərxanım Zülfüqarova çıxış edərək Füzuli rayonunun işğaldan azad edilməsi haqqında ətraflı məlumat verdi.O,qeyd etdi ki,biz bu zəfəri qazanmaqda canından keçən qəhrəman şəhidlərimizə borcluyuq.Sonra söz şagirdlərə verildi.Şagirdlərdən Fatimə Füzuli haqqında ətraflı məlumat verdi.Ayan "Vətən mənə oğul desə nə dərdim" adı altında çox təsirli bir çıxış etdi.Elşad, Hüseyn Vətən uğrunda canlarından keçmiş qəhrəman Vətən oğulları haqqında ətraflı məlumat verdilər.Daha sonra Nərmin,Kənan,Zəhra və s.şagirdlər şəhidlər haqqında şeirlər söylədilər.
Tədbirdə UBR rəhbəri İskəndərova Mədinə, texnologiya müəllimi Ruhəngiz Hüseynova, rəqəmsal müəllimi Pəri Əhmədova iştirak etdilər.