Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film izlənildi, şagirdlərin ifasında şeirlər səsləndirildi.
Şagirdlər Suraxanı rayonu Heydər Əliyev Mərkəzində oldular
Məktəbin fəaliyyət planınına və 2023-cü il “Heydər Əliyev” ili elan olunması ilə əlaqədar sinif rəhbəri Gözəl Məmmədyarovanın təşkilatçılığı ilə 7“A” sinif şagirdləri Suraxanı rayonu Heydər Əliyev mərkəzində ekskursiyada oldular.
Ekskursiyada şagirdlərə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasəti nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə ətraflı məlumat verildi. Bildirildi ki, dahi şəxsiyyətin nüfuzu, onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, nəsillərə nümunə olan həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar bu gün hər bir vətəndaş tərəfindən minnətdarlıqla anılır. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulandı.
Həmçinin ekskursiyada Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı diqqətə çatdırıldı.