"Hüquqlarımızı necə bilirik?”  mövzusunda seminar keçirdilər

Məktəbin illik fəaliyyət planına uyğun olaraq hər il 20 oktyabr -20 noyabr “Uşaq hüquqları”aylığı çərçivəsində məktəbimizdə silsilə tədbirlər keçirilir.Bu gün məktəbin Uşaq Birliyi Rəhbəri   Mədinə İskəndərova,psixoloq Ləman Mehtiyeva 7”C”sinifi ilə «Hüquqlarımızı necə bilirik?”  mövzusunda seminar keçirdilər.Seminar zamanı UBR Mədinə İskəndərova Uşaq hüquqları konversiyası haqqında şagirdlərə geniş məlumat verdi.O bildirdi ki, 20 noyabr tarixi-Uşaq Hüquqları Bəyannaməsinin (1959) və Uşaq Hüquqları Konvensiyasının (1989) BMT Baş Assambleyası tərəfində qəbul edildiyi gün “Ümumdünya Uşaqlar Günü” kimi qəbul olunur.Seminar zamanı şagirdlər Uşaq Hüquqları Konversiyasının 54 maddəsinə aid məlumatlar verdilər.Məktəbin psixoloqu Ləman Mehtiyeva şagirdlərə Uşaq hüquqlarına dair slayd təqdim etdi.Sonda şagirdlər sual- cavabda aktiv iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi