CANLILAR VƏ HƏYAT
Məktəbin fəaliyyət planına əsasən 3"A" sinif rəhbəri Sevinc Məmmədova Həyat bilgisi fənnindən "Canlılar və həyat" adlı layihə həyata keçirdi. Bitkilər canlı varlıqdır. Onlar tənəffüs edir,böyüyür, qidalanır və çoxalır. Bitkilərin böyüməsində günəş enerjisinin,havanın və torpağın rolu böyükdür. Şagirdlər gətirdikləri toxumların üzərinə torpaq əlavə edir və bir neçə gündən sonra onun cücərməsini müşahidə edirlər. Layihənin əsas məqsədi şagirdlərə bitkilərin əhəmiyyətini anlatmaq, təbiətin qorunmasını elə insanların qorunması olduğunu başa salmaq, bitkisiz həyatında var olmamasını anlatmaq idi.