Fənn aylıqları yeni formatda keçiriləcək
Məktəbimizdə illərdir ki fənn aylıqlarının keçirilməsi artıq ənənə şəklini almışdır. Dərs ilinin əvvəlində fəaliyyət planı hazırlanarkən müxtəlif fənlər üçün nəzərdə tutulan aylarda görüləcək işlər planlaşdırılır.
2023-2024-cü tədris ilində fənn aylıqlarını bir qədər fərqli formatda keçirmək qərara alındı. Belə ki, hər ay üçün nəzərdə tutulan əsas fənnə inteqrasiya olunmuş şəkildə digər tədris fənlərinin ən azı bir fəaliyyət nümunəsi təqdim olunmalıdır. Oktyabr ayının coğrafiya fənn aylığı olmasını nəzərə alaraq fənn birləşmə üzvlərinin keçirdiyi yığıncaqda müxtəlif fənlərlə coğrafiya fənninin əhatə etdiyi mövzuların əlaqələndirilməsi qərara alındı.