"Ailəm" adlı layihə həyata keçirildi

Məktəbin fəaliyyət planına əsasən 1 "A" sinif rəhbəri Leyla Orucəliyeva Həyat bilgisi fənnindən  "Ailəm" adlı layihə həyata keçirdi. Ailə doğma və yaxın insanların birliyidir. Ailədə hamı bir-birinə sevgi və qayğı ilə yanaşır. Şagirdlər rəngli kağızdan, ağac budağından istifadə etməklə " Ailə ağacı" hazırladılar. Ağacın yarpaqlarının üzərinə ailə üzvlərinin adını yazdılar.Layihənin əsas məqsədi  şagirdlərin ailə üzvlərinin bir-birinə qayğı ilə yanaşdığını öz nümunələrində göstərmək, qohumluq bildirən sözlərlə bağlı biliklərini  tətbiq etməklə həmin sözlərin mənasını mənimsədiklərini nümayiş etdirməkdir. Hər şagird hazırladığı "Ailə ağacı"nı təqdim etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi