“Məktəbli kitabcası”na baxış keçirildi
Məktəbin illik fəaliyyət planınına uyğun olaraq UBR Mədinə İsgəndərova və psixoloq Ləman Mehtiyevanın rəhbərliyi ilə 2- 11-ci siniflərdə “Məktəbli kitabcası”na baxış keçirildi. Məqsəd bütün şagirdlərdə “MK”-nın olmasını, möhürlənməsini, dərs cədvəlinin yazılmasını müəyyən etmək, sinif rəhbərləri və valideyinlərin məktəbli kitabcasına münasibətini öyrənməkdir. Məktəbli kitabcası hər bir təhsilalanın təlim tərbiyədəki fəaliyyətinin güzgüsüdür. Eyni zamanda sinif rəhbərinin, valideyinin, müəllimin təhsilə münasibəti müəyyənləşir. Məllimlərin təhsil standartlarına uyğun olaraq təhsilalanların bilik və bacarıqlarına verilən meyarlarla yaxından tanış olursan. Uğur və çatışmazlıqlar üzə çıxır.Ona görədə “Məktəbli kitabça”larına münasibət dəyişməli, ildən-ilə təkmilləşməlidir. Ən yaxşı “Məktəbli kitabça” ların yazan siniflər müəyyənləşdi. “Məktəbli kitabça” larında qüsurları olan siniflərin sinif rəhbərlərinə xəbardarlıq edildi və 2 həftə vaxt verildi. Məktəbdə hər ay “Məktəbli kitabça” larına baxış keçirilir.