"Qəhrəmanlar ölmürlər"

Məktəbin fəaliyyət planına uyğun olaraq 2 "B" sinfi adını daşıdığı qəhrəman həkim Turqut Xəlilbəylinin əziz xatirəsini yad edərək onu "Şəhidlər xiyabanı"nda ziyarət etdilər. Şagirdlər və valideynlər canından keçən bütün vətən oğullarının üstünə çiçəklər düzdülər,onları müqəddəs ruhları qarşısında baş əydilər. Sinif rəhbəri Səbinə Əmiraslanova və şagirdləri qəhrəman general Polad Həşimovun da qəbrini ziyarət etdilər . Şəhidlər hər zaman bizim qəlbimizdə yaşayacaq,onlara olan borcumuzu heç zaman qaytara bilməyəcəyimizi,hər zaman onların əziz xatirəsini hörmətlə yad etməyə borclu olduğumuzu sinif rəhbəri şagirdlərə izah etdi. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.