Məktəbəhazırlıq qruplarında ilk məşğələlərə start verildi
2 Oktyabr məktəbəhazırlıq qruplarında 2023-2024-cü tədris ili üzrə məşğələlərə start verildi.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Hər məşğələnin müddəti 25-30 dəqiqədir. Məşğələlər arasında fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən bir idman dəqiqəsi keçirilir.
Gün rejimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən "Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı"na uyğun olaraq təşkil olunur.
Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.
Sinif rəhbəri Rəna Abdullayeva və Şəbnəm Balayeva qeyd etdi ki, əsas məqsədimiz beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir.
Şagirdlər yeni dərsliklərlə təmin olundular və uşaqların inkişafının izlənilməsi üçün ilkin qiymətləndirmə aparıldı.