"Həyat üçün ürək" adlı tədbir keçirdi

Bu gün Dünya Ürək Günüdür. Həmin gün ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə qeyd edilib. Ümumdünya Səhiyyə Təşkilatı, UNESKO və digər aparıcı təşkilatlar həmin təşəbbüsü dəstəkləyiblər. 2011-ci ildən etibarən dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda hər il sentyabrın 29-u Dünya Ürək Günü kimi qeyd edilir. Bu məqsədlə Orucəliyeva Leyla 1 “A” sinfində "Həyat üçün ürək" adlı tədbir keçirdi. Sinif müəllimi şagirdlərə bildirdi ki, sağlam həyat tərzi keçirmək, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına ürək xəstəliklərinin qarşısını almaq olar. Sonda şagirdlər ürək formasında fləşmob göstərib, hazırladıqları səhnəciyi təqdim etdilər.