27 Sentyabr Anım Günü kimi qeyd edilir
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2 dekabr 2020 ci il sərəncamına və məktəbin illik fəaliyyət planına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27 -si Anım Günü kimi qeyd edilir.
Məktəbin tarix müəllimi Aşıq Mehdiyev və kitabxana müdiri Aytən Məmmədova 6 "C" sinfində şagirdlərlə anım günü qeyd edildi.
Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaəti,qəhrəmanlığı haqqında danışıldı. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırılmış şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.