Anım Günü ilə əlaqədar rəsm müsabiqəsi keçirildi
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına və məktəbin tədbirlər planına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz və bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Anım Günü ilə əlaqədar məktəbin 1 “A» sinif rəhbəri Leyla Orucəliyeva və UBR Mədinə İsgəndərova rəsm müsabiqəsi keçirdilər . Sinif müəllimi Leyla Orucəliyeva şagirdlərə 44 günlük müharibə zamanı ordumuzun qüdrətindən, qəhrəmanlığından məlumat verdi. Vətən müharibəsi zamanı canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər öyrəndikləri məlumatları rəsmlərdə canlandırdılar. Məqsəd şagirlərin vətənpərvərlik ruhunda tərbiyə işinin davamlı təşkilinə nail olmaq ,xüsusi istedada malik olan uşaqları üzə çıxarmaqdır.